Bank Of Baku

Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirib

Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirib
# 05 iyul 2015 04:11 (UTC +04:00)

Bakı – APA. ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə 16 hava zərbəsi endirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu koalisiya qüvvələrinin nümayəndəsi Tomas Qilleran bəyan edib.

 

“Bu, indiyədək Suriyada həyata keçirdiyimiz ən irimiqyaslı əməliyyatlardan biri idi. Hava zərbələri İŞİD-in Rakka şəhəri istiqamətindən irəliləmə imkanlarını zəiflətməlidir”, deyə T.Qilleran bildirib.

 

Xatırladaq ki, ABŞ və  beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR