Bakı-APA. BMT baş katibi Pan Qi Mun İsrail döyüş təyyarələrinin Suriya ərazisində avtomobil karvanına hücumu barədə yayılmış xəbərlərdən narahatdır.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, BMT mətbuat katibliyi qeyd edir ki, baş katib bu xəbərlərdən “böyük narahatlıq hissi keçirir” və bütün tərəfləri münaqişənin dərinləşməsinə yol verməməyə çağırıb.
Xatırladaq ki, yanvarın 31-də Suriya BMT-yə İsrail döyüş təyyarələrinin Dəməşqin şimal-qərbində yerləşən “Cəmrayə” hərbi-təhqiqat mərkəzinə ehtimal edilən hücumu ilə bağlı rəsmi şikayətlə müraciət edib
Suriya tərəfinin bəyanatında zərbələr nəticəsində guya Livana silah daşıyan yük maşınların sıradan çıxarılması barədə yayılmış məlumatlar təkzib edilib.