Bank Of Baku

BMT Muammər Qəddafinin oğlu barəsində edam cəzası çıxarılmasından narahatdır

BMT Muammər Qəddafinin oğlu barəsində edam cəzası çıxarılmasından narahatdır
# 29 iyul 2015 01:45 (UTC +04:00)

Bakı-APA. BMT Muammər Qəddafinin oğlu daxil olmaqla, 9 liviyalı  barəsində edam cəzası çıxarılmasından dərin narahatlığını ifadə edib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, BMT və bir sıra insan haqları təşkilatları Tripolidə keçirilmiş məhkəmə prosesinin beynəlxalq standartlara uyğun olmadığını bəyan ediblər.

 

Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi və daha 8 nəfər 2011-ci ildə Liviyada üsyanın yatırılması ilə əlaqədar müxtəlif cinayətlərdə ittiham olunurlar.

 

S.Qəddafinin Liviya hökumətinə tabel olmayan silahlı qruplardan biri tərəfindən ölkənin Zintan bölgəsində saxladığından, onun haqqında hökm qiyabi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR