Bank Of Baku

Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə hücumun təfərrüatlarını açıqlayıb

Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə hücumun təfərrüatlarını açıqlayıb
# 03 dekabr 2015 11:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Ötən gecə “Tornado GR4s” təyyarəsi “Voyager” yanacaq təyyarəsinin köməyi və digər koalisiya təyyarələri ilə əlaqəli şəkildə “Paveway IV” bombalarından istifadə edərək Suriyanın İraqla sərhədindən 35 mil uzaqlıqda yerləşən Omar yatağına 6 istiqamətdə hücum edib”.

 

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 

Bildirilir ki, Omar yatağı İŞİD qüvvələrinin maliyyələşməsi üçün ən böyük və vacib vasitələrdən biridir: “Yataqdan gələn gəlir təşkilatın neft məhsullarından əldə etdiyi gəlirin 10 faizini təşkil edir. Hücum obyekti kimi İŞİD-in neft çıxarmaq imkanlarını maksimal şəkildə məhdudlaşdıracaq mövqelər seçilib”.

 

Xatırladaq ki, ötən gün axşam Böyük Britaniya parlamenti səs çoxluğu ilə ölkəsinin Suriya əməliyyatlarında iştirak etməsi barədə qərar qəbul edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR