Bakı. Könül Cəfərli – APA. Bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehi Misirə səfər edəcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər nazirinin müavini Müctəba Firdovsipur açıqlama verib. Onun sözlərinə görə, üçgünlük səfər çərçivəsində Ə. Salehi Misir prezidenti Məhəmməd Mursi, baş nazir Huşam Qəndil, xarici işlər naziri Məhəmməd Kamil Əmru və bu ölkənin digər rəsmiləri ilə görüşlər keçirəcək: “Görüşlərdə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq”.
Qeyd edək ki, İranın xarici işlər naziri yanvarın 5-də Afrika turnesinə çıxıb. Səfər çərçivəsində Ə. Salehi Benin və Qanada olub.