Bakı-APA. Çad Malidə islamçılarla mübarizə üçün 2 min hərbçi göndərmək niyyətindədir. Bu barədə Frans Press-ə Çadın xarici işlər naziri Musu Faki Mahamata bildirib.
Malidə vəziyyət son günlər gərginləşib. Ölkənin şimalına nəzarət edən islamçı silahlılar hökumətin nəzarətində olan cənuba doğru irəliləməyə başlayıblar. Onların qarşısını yanvarın 10-dan ölkəyə yeridilmiş fransız qoşunları alıblar.
Bundan əlavə, ölkəyə Qərbi Afrika ölkələrinin iqtisadi birliyinə daxil olan ölkələrin 3,3 min hərbçisi də daxil olmalıdır.