Bakı. Faiq Mahmudov – APA. Cənubi Koreyada “NcoV” (Orta Şərq Respirator Sindromu) virusundan daha 2 nəfər dünyasını dəyişib.
APA-nın “The Korea Times”a istinadən verdiyi xəbərə görə, ölənlər 62 yaşlı kişi və 75 yaşlı qadındır.
Virusdan son iki ölüm halı da daxil olmaqla, 9 nəfər dünyasını dəyişib.
Hazırda ölkədə virus təhlükəsi üzündən 2000-dən çox təhsil müəssisəsi bağlanıb, 3000-dən çox insan peyvənd olunub.
Tədqiqatçılar “NcoV” virusunun Orta Şərq və Səudiyyə Ərəbistanından yayıldığını iddia edirlər. Onların sözlərinə görə, bu virusu ilk vaxtlarda aşkarlamaq olduqca çətindir, yalnız xəstəlik müəyyən mərhələyə keçdikdə müəyyən etmək olur. Çünki onun ümumi əlamətləri soyuqdəyməyə bənzəyir.