Bakı-APA. Çinin cənub-qərbində Rixter cədvəli ilə 5.8 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji xidməti xəbər yayıb.
Zəlzələnin episentri Yunnan əyalətinin Bentzılan şəhəri yaxınlığında, 10 km dərinlikdə olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.