Bank Of Baku

Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 75-ə çatıb

Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 75-ə çatıb
# 04 iyun 2015 13:34 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 75-ə çatıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində həlak olmuş sərnişin və ekipaj üzvlərindən 10 nəfərin cəsədi bu gün yerli vaxtla saat 15:00 radələrində çıxarılıb.

 

Qeyd edək ki, hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir.

 

Əməliyyata 180-i dalğıclar olmaqla  4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR