Bank Of Baku

Yaponiya Çinlə münasibətlərin gərginləşməsi səbəbindən 11 ildə ilk dəfədir ki, hərbi büdcəsini artırır

Yaponiya Çinlə münasibətlərin gərginləşməsi səbəbindən 11 ildə ilk dəfədir ki, hərbi  büdcəsini artırır
# 06 yanvar 2013 04:09 (UTC +04:00)

 

Bakı-APA. Yaponiya hökuməti 2013-cü ildə müdafiə nazirliyinin büdcəsini artırmaq niyyətindədir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, son 11 ildə ilk dəfə atılan bu addım mübahisəli adalara görə Çinlə münasibətlərin gərginləşməsi göstərilir.

 

Yeni hökumət Liberal-Demokratik Partiyasının lideri Sindzo Abenin rəhbərliyi altında müdafiə nazirliyinin büdcəsini təxminən 6 milyard yenə (680 milyon dollardan çox) artıraraq 4,77 trilyon yenə (54,2 milyard dollara) çatdırmaq niyyətindədir.

 

Yaponiya Senkaku adalarını öz ərazisinə 1895-ci ildə daxil edib. Rəsmi Tokio iddia edir ki, bu adalar əhalisiz olub və heç bir dövlətə məxsus olmayıb.

 

Rəsmi Pekin isə bəyan edir ki, Çinlə münaqişə nəticəsində bu adalar da Yaponiya tərəfindən işğal olunmuşdur və indi geri qaytarılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR