Bank Of Baku

Dəməşqin atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 26 nəfər xəsarət alıb

Dəməşqin atəşə tutulması nəticəsində 2  nəfər ölüb, 26 nəfər xəsarət alıb
# 03 dekabr 2015 02:52 (UTC +04:00)

Bakı-APA. Suriyada fəaliyyət göstərən “Ceyş əl-İslam” silahlı qruplaşmasının silahlıları paytaxt Dəməşqi minaatanlardan atəşə tutub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən üçü  Dəməşqin mərkəzindəki Beb-Tuma qədim məhəlləsinə düşüb. Nəticədə 2 qadın ölüb, daha 9 dinc sakin yaralanıb.

 

Şəhərin Rukn-ed-Din bölgəsində mərmilərin dini mərkəzə düşməsi 14 nəfərin xəsarət almasına səbəb olub. Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Dəməşq universitetinin atəşə tutulaması nəticəsində isə 3 tələbə yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR