Bank Of Baku

Dəməşqin yaxınlığında güclü partlayış törədilib, ölənlər var

Dəməşqin yaxınlığında güclü partlayış törədilib, ölənlər var
# 25 yanvar 2013 03:50 (UTC +04:00)

Bakı-APA. Yanvarın 25-nə keçən gecə Dəməşqin yaxınlığında güclü partlayış törədilib, ölən və yaralıların olduğu bildirilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.  

“SANA” Suriya informasiya agentliyinin məlumatına görə, terrorçular tərəfindən törədilmiş partlayış paytaxtın kənarında yerləşən Sasa qəsəbəsində baş verib.  

“Sinxua” agentliyinin yerli KİV-lərə istinadən verdiyi məlumata görə, terrorçuların hədəfi yerli təhlükəsizlik xidmətinin bölməsi olub.  

İnsidentin təfərrüatları açıqlanmır, ölən və yaralananların dəqiq sayı da hələlik məlum deyil.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR