Bakı. Könül Cəfərli – APA. “Rusiya hesab edir ki, İranın nüvə probleminin həlli üçün sanksiyalar effektiv yol deyil”. APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, problemin həlli üçün diplomatik səylər daha da artırılmalıdır: “Sanksiyalar vəziyyətin kəskinləşməsinin qarşısını ala bilmədiyi halda əhalinin sosial durumuna ciddi zərər verərək həyat şəraitini ağırlaşdırır. Odur ki, sanksiyalar problemin həlli üçün hər zaman yaxşı yol deyil. Halbuki, diplomatiya daha effektivdir. Ondan 100 faiz yararlanmaq üçün kifayət qədər müdrik davranmalıyıq”.
D.Peskov əlavə edib ki, Rusiya İranın sülh məqsədləri üçün nüvə enerjisindən istifadə etmək haqqını tanıyır.