Bank Of Baku

Dünyanın ən yaşlı kişi sakini 112 yaşında vəfat edib

Dünyanın ən yaşlı kişi sakini 112 yaşında vəfat edib
# 07 iyul 2015 03:48 (UTC +04:00)

Bakı-APA. Yaponiyada dünyanın ən yaşlı kişi sakini Sakari Momoi 113 yaşında vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, böyrək catışmamazlığından əziyyət çəkirmiş.

 

Ötən ilin avqustunda Qinnes rekordlar kitabının ekspertləri rəsmi olaraq S.Momoinin dünyanın ən yaşlı kişi sakini olmasını təsdiqləmişdilər.

 

Sakari Momoi 1903-cü ildə Fukusima prefekturasında anadan olub. Ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə, kənd təsərrüfatı kimyasına həsr edib. Bir neçə məktəbin direktoru olub.

 

Yaxınlarının sözlərinə görə, S. Momoi son günlərinədək zehni açıq olub, mütaliə edib, idman verilişlərini izləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR