Bakı. Real Cəfərli - APA. Əfqanıstan prezidenti İranda səfərdədir.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, Həmid Kərzayi Tehranın Mehrabad hava limanında İranın vitse-prezidenti Məhəmməd Şəriətmədari və xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən qarşılanıb.
Bundan sonra Tehranın Səədabad saray kompleksində (prezident iqamətgahı) Əfqanıstan prezidentini iranlı həmkarı Həsən Ruhani rəsmi şəkildə qarşılayıb. H. Kərzayi İrana birgünlük səfəri çərçivəsində bu ölkənin bir sıra rəsmiləri ilə ikitərəfli münasibətlər, əfqan immiqrantlar, həmçinin İran, Əfqanıstan və Hindistanın Çabahar limanı mövzusunda üçtərəfli əməkdaşlığı müzakirə edəcək.