Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında videokonfrans formatında görüş keçirilib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Alparslan Bayraktar “X”-də bildirib.
Görüş zamanı iki ölkə arasında elektrik enerjisinin ötürülməsi imkanları, bu sahədə üçüncü ölkələrdə həyata keçirilə biləcək layihələr, eləcə də regional enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.