Bakı-APA. Əfqanıstan prezidenti Həmid Karzai “Taliban” hərəkatının rəhbərliyini respublika hökuməti ilə birbaşa danışıqların aparılmasına dəvət edib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, onun fikrincə, dialoq və təşkilat üzvlərinin dinc həyata adaptasiyası üzrə birgə iş ölkədə vəziyyətin stabilləşməsində böyük rol oynayır.
H.Karzai qeyd edib ki, birbaşa danışıqların üçüncü şəxslərin cəlb olunmadan aparılmasının vacibliyini qeyd edib. Beləliklə, dövlət başçısı islamçıların bəzi nümayəndələrinin ABŞ-ı danışıqlara tərəfdaş qismində cəlb olunması çağırışlarına reaksiya verib.