Bank Of Baku

Əfqanıstan talibləri şahzadə Harrini qorxaq adlandırıblar

Əfqanıstan talibləri şahzadə Harrini qorxaq adlandırıblar
# 22 yanvar 2013 23:49 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan talibləri Böyük Britaniya şahzadəsi Harrini silahlılara qarşı aparılan hərbi əməliyyatları kompyuter oyunlarına oxşatmasına görə onu qorxaqlıqda ittiham ediblər.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanda dörd ay davam edən hərbi ezamiyyətin son günü Harri jurnalistlərə maraqlı açıqlama verib. Şahzadə qeyd edib ki, o döyüş helikopterində ikinci pilot kimi xidmət edərək,  hərbi əməliyyatlarda dəfələrlə iştirak edib. 

 

Şahzadə Harri qeyd edib ki, hədəfləri dəqiq nişan almaqda ona kompyuter oyunları kömək olub.   

 

Britaniya pasifistləri bu sözlərə görə şahzadəni “təkəbbürlü və duyğusuz” adlandırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR