Bank Of Baku

Əfqanıstanda 17 nəfər güclü partlayışın qurbanı olub

Əfqanıstanda 17 nəfər güclü partlayışın qurbanı olub
# 09 iyul 2013 20:37 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ölənlərdən 10 nəfəri yaxın qohumdur. Polisin məlumatına görə, partladıcı qurğu mülki şəxslərin olduğu yük maşının yanında motosikletin köməkliyi ilə işə salınıb.

 

İlkin versiyaya görə, partlayışı taliblər törədib. Polisin fikrincə, partlayış əslində hərbçilərə qarşı planlaşdırılıbmış, lakin təsadüfən onun qurbanları mülki şəxslər olublar.

 

Qeyd edək ki, keçən həftə 8 qadın Qəndəhar əyalətində törədilmiş analoji partlayışın qurbanı olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR