Bank Of Baku

Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb

Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
# 29 iyun 2026 22:44 (UTC +04:00)

Türkiyənin İzmir vilayətinin Dikili rayonunda meşə yanğını yaşayış məntəqələrinə çatıb.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, günorta saatlarında başlayan meşə yanğını güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılaraq yaşayış məntəqələrinə qədər irəliləyib.

Rayonun Çandarlı bölgəsində başlayan yanğın kolluq sahələrə keçib, alovlar "Pelin Sitesi" və "Zeynep Keşan Evleri" yaşayış komplekslərinin ətrafına qədər çatıb.

Hadisə ilə bağlı əraziyə İzmir bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinə məxsus 6 briqada, eləcə də ətraf rayonlardan cəlb olunan qruplar daxil olmaqla ümumilikdə 30 yanğınsöndürmə briqadası göndərilib.

Meşə təsərrüfatı xidmətinin qüvvələri də yanğının söndürülməsi işlərinə havadan və qurudan qoşulub. Hazırda alovun nəzarət altına alınması istiqamətində əməliyyatlar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR