Bakı-APA. Əfqanıstanda məcburi eniş etmiş içərisində 21 nəfərin olduğu Moldova helikopteri terrorçular tərəfindən ələ keçirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, məlumat Moldova DİN rəhbərinin vəzifələrini müvəqqəti icra edən Oleq Balan tərəfindən təsdiqlənib.
İlkin məlumata görə, terrorçular 3 pilotu və 18 sərnişini girov götürüblər.
Məlumata görə, atışma zamanı 3 girov həlak olub, qalanların aqibəti barədə məlumat yoxdur. Moldovanın müdafiə naziri helikopterin sülhməramlı missiya həyata keçirdiyini bildirib.
İnsidentin Fəryab əyalətində terrorçuların nəzarəti altında olan ərazidə baş verib.