Bank Of Baku

Türkiyə XİN türk hərbçilərinin Suriyada əsir götürülməsi xəbərini təkzib edib

Türkiyə XİN türk hərbçilərinin Suriyada əsir götürülməsi xəbərini təkzib edib
# 05 yanvar 2013 07:26 (UTC +04:00)

Bakı-APA. Türkiyə Xarici İşlər Nazirliyi Suriyada türk hərbçilərinin olmadığını açıqlayıb.  APA-nın məlumatına görə, xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, bəzi türk hərbçilərinin Suriyada əsir götürülməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur: “Türkiyəyə qarşı psixoloji müharibə aparılır, bu cür xəbərlər də həmin müharibənin elementləridir. Ölkəmizin imicini korlamağa çalışan qüvvələr var. Bu cür xəbərləri dəfələrlə təkzib etmişik. Bir müddət əvvəl eyni mənbələr Suriyada 48 türk hərbçisinin əsir götürülməsi barədə xəbər yaymışdı. Lakin bu iddiaları isbatlamaq üçün nə rəsmi sənəd, nə foto yayımladılar”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR