Bank Of Baku

Əlaəddin Burucerdi: “AEBA ilə sıx əməkdaşlığımızın qarşılığında İrana qarşı sanksiyalar ləğv edilməlidir”

Əlaəddin Burucerdi: “AEBA ilə sıx əməkdaşlığımızın qarşılığında İrana qarşı sanksiyalar ləğv edilməlidir”
# 25 yanvar 2013 21:36 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA.  “İndiyədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)  müfəttişləri 2 dəfə “Parçin” hərbi obyektində olublar”. APA-nın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib. O bildirib ki, AEBA-nın “Parçin”də yoxlamaları zamanı nüvə fəaliyyətinə dair heç bir dəlil tapa bilməyiblər: “Hazırda İran AEBA ilə əməkdaşlıq çərçivəsini genişləndirmək üçün heç bir əsas görmür. Agentlik əməkdaşlarının “Parçin”də yoxlamalar aparması AEBA ilə razılaşma çərçivəsinə daxil deyil. Digər tərəfdən İrana qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsini də nəzərə alırıq. Halbuki, AEBA ilə sıx əməkdaşlığın qarşılığında Qərb Tehrana qarşı sanksiyaları ləğv etməlidir. Onlar bilməlidir ki, agentliklə daha sıx əməkdaşlıq üçün qarşılıqlı maraqlar nəzərə alınmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR