Bank Of Baku

Əlaəddin Burucerdi: “İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr bu ilin fevralında İstanbulda keçirilə bilər”

Əlaəddin Burucerdi: “İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr bu ilin fevralında İstanbulda keçirilə bilər”
# 16 yanvar 2013 08:33 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri bu ilin fevral ayında İstanbulda keçirilə bilər. APA-nın məlumatına görə, bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi açıqlama verib.

 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst yanvarın 15-də keçirdiyi həftəlik mətbuat konfransında rəsmi Tehranın “altılıq” ölkələri ilə növbəti nüvə danışıqlarının vaxtı haqda razılığa gəldiyini bildirib. Lakin o deyib ki, müzakirələrin harada keçirilməsi ilə bağlı İranın təklifinə cavab verilməyib. Ancaq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bu məlumatı təkzib edib: “İranla “altılıq” ölkələri arasında keçiriləcək görüşlə bağlı tərəflər arasında hələlik heç bir rəsmi razılaşma əldə olunmayıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR