Bank Of Baku

Əli Əkbər Salehi: “AEBA-nın İrann nüvə fəaliyyətləri ilə bağlı hesabatı siyasi xarakter daşıyır”

Əli Əkbər Salehi: “AEBA-nın İrann nüvə fəaliyyətləri ilə bağlı hesabatı siyasi xarakter daşıyır”
# 02 sentyabr 2013 07:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə fəaliyyətləri ilə bağlı hesabatı ədalətsizdir və siyasi xarakter daşıyır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

 

Onun sözlərinə görə, bəzi qüvvələrin hesabata reaksiyaları təbliğat xarakteri daşıyır və dünya ictimaiyyətinə təsir göstərmək üçündür: “Amma bütün bunlara baxmayaraq, İran özünün nüvə hüququndan vaz keçməyəcək”.

 

Ə.Salehi həmçinin İranla AEBA arasında növbəti nüvə müzakirələrinin bu il sentyabrın 27-də davam etdiriləcəyini deyib: “İranın nüvə mövzusu gec-tez həll olunacaq. Ancaq AEBA-nın funksiyasının ədalətli və insaflı olmamasından şübhə yaranmamasına icazə verilməməlidir”.

 

İranın vitse-prezidenti vurğulayıb ki, AEBA-nın yeni hesabatı ölkənin bütün nüvə fəaliyyətlərinin Nüvə silahlarının yayılmasının qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsində dəqiq və şəffaf olduğunu göstərir: “Agentliyin son hesabatında əvvəlkilər kimi yeni bir məsələ yoxdur. Yalnız İranın Atom Enerjisi Təşkilatı tərəfindən AEBA-ya təqdim edilmiş məlumatlar öz əksini tapıb. Yəni sentrifuqaların sayı və zənginləşdirilmiş uran miqdarı barədə məlumat var”.

 

Ə.Salehi bildirib ki, Ərak ağır su reaktoruna yanacaq yüklənməsi təxirə salınıb: “Çünki İranla AEBA arasında olan razılaşmalar çərçivəsində hər hansı bir reaktora yanacaq yüklənməsindən 180 gün əvvəl agentliyə məlumat verilməsi lazımdır. Bundan əvvəl Ərak ağır su reaktoruna yanacaq yüklənməsi tarixi tələsik təyin olunub. Ona görə də bu reaktora yanacaq yüklənməsi tarixinin təxirə salınmasını vacib saydıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR