Bakı. Könül Cəfərli-APA. İran Ali Milli Təhlükəsizlik Şurası “altılıq” ölkələri ilə müzakirələrin Misirin paytaxtı Qahirədə keçirilməsini təklif edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
O bildirib ki, İranın bu təklifi Misir rəsmiləri tərəfindən müsbət qarşılanıb: “ Bu məsələ ilə bağlı artıq Misir rəsmiləri “altılıq” ölkələri ilə əlaqə saxlayırlar. Hələlik isə nüvə müzakirələrinin keçiriləcəyi yer və tarix dəqiqləşməyib, danışıqlar davam edir”.