Bakı. Könül Cəfərli - APA. “İran heç bir şərt olmadan Qərblə müzakirələri davam etməyə hazırdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.
O bildirib ki, İran hər zaman atom silahlarının istehsalına qarşı olub: “Qərb ABŞ-da prezident seçkilərini bəhanə edərək, nüvə müzakirələrini 6 ay təxirə saldı. Bu qəbulolunmaz və səhv addımdır. Çünki bu müddət ərzində tərəflər arasında ortaq məxrəcə nail olmaq imkanı itirilib”.