Bank Of Baku

Əli Laricani: “İran “altılıq” ölkələri ilə nüvə müzakirələrinə hazırdır”

Əli Laricani: “İran “altılıq” ölkələri ilə nüvə müzakirələrinə hazırdır”
# 30 yanvar 2013 10:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran sülh məqsədli nüvə fəaliyyəti ilə bağlı “altılıq” ölkələri ilə müzakirələrə hazırdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani bildirib.

 

Onun sözlərinə görə, əslində görüşü təxirə salan tərəf İran yox, “altılıq” ölkələridir. Ə.Laricani həmçinin deyib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması vəziyyətində də ölkəsi uranın 20% həcmində zənginləşdirilməsi prosesini dayandırmayacaq: “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvüdür və Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşmasını (NPT) imzalayıb. Eyni zamanda nüvə silahlarının istehsalını qadağan edən razılaşmanı qəbul edib. Bu baxımdan uranın 20% həcmində zənginləşdirmək İranın haqqıdır”.

 

İran parlamentinin spikeri vurğulayıb ki, ölkənin ali dini lideri, ayətullah Əli Xamneyi bir neçə il əvvəl ABŞ-la müzakirə üçün rəsmi Vaşinqtonun davranışlarını nəzərə almağı və Barak Obamanın prezidentliyi dövründə necə rəftar nümayiş etdirəcəyinə baxılmasını məqsədəuyğun sayıb. Ə.Laricani həmçinin İranın xarici qüvvələrin Suriya və digər qonşu dövlətlərin daxili işlərinə müdaxiləsinə qarşı olduğunu və bu ölkədəki böhranın yeganə həll yolunun siyasi müzakirələrdən keçdiyini bildirib. İran parlamentinin spikeri Bəhreyndə də hansısa bir xarici ölkənin hərbi kontingentinin mövcudluğuna qarşı olduqlarını və demokratiyanın hər bir dövlətin öz içindən qaynaqlanmalı olduğunu söyləyib. O, Tehran-Ankara əlaqələrinə də toxunub: “İranla Türkiyə arasındakı iqtisadi əməkdaşlıq ən yüksək səviyyədədir. İranın öz müsəlman qonşu dövlətləri ilə müəyyən anlaşmazlıqları olsa da, dostluq əlaqələri içərisindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR