Bakı. Könül Cəfərli - APA. İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricani qardaşı, parlamentin sədri Əli Laricani ilə prezident Mahmud Əhmədinejad arasında baş verən siyasi qalmaqala münasibət bildirib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, o, İran parlamentində baş verən qalmaqalın millətə acı təsir bağışladığını deyib: “Ali dini liderimiz, ayətullah Əli Xamneyinin məsləhəti ilə hələlik bu barədə susuram. Lakin fürsət düşəndə ölkədə baş verən fitnə-fəsad cərəyanını üzə çıxaracağam”.