Bank Of Baku

Ərdəbildə daha 3 nəfər edam edilib

Ərdəbildə daha 3 nəfər edam edilib
# 08 iyul 2013 11:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında Ərdəbil şəhərində 3 nəfər edam edilib.

 

APA-nın “Oyannews” istinadən məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Onlardan ikisi üzərində 1.5 kiloqdan çox şişə (metamfetamin) maddəsi ilə tutulub və Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum ediliblər. Hər iki məhbusun əfv olunmaq üçün etdikləri müraciətlər rədd edilib və hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

 

Digər məhbus isə üzərində 964 qram şişə və 22 qram tiryəklə tutulub. Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum olunmuş məhbusa 20 zərbə şallaq və pul cəriməsi də kəsilib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbusa dara çəkilməmişdən əvvəl 20 şallaq vurulub və sonra edam edilib. Hər üç şəxs Ərdəbil sakinidir və bu səbəbdən onların Azərbaycan türkü olduqları bildirilir. Onların ad və soyadları açıqlanmayıb.

 

Qeyd edək ki, ölüm hökmlərinin icrasına görə dünyada Çindən sonra ikinci yerdə qərarlaşan İranda bu il iyunun 14-də keçirilmiş prezident seçkilərindən ötən üç həftə müddətində 65 nəfərin edam edildiyi barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR