Bakı-APA. “Suriyaya zərbənin endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq. Həmçinin bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Fiqaro” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
“Yaxın Şərq alovun yaxınlaşdığı barıt çəlləyinə bənzəyir”, - deyə o vurğulayıb.
Kənardan hərbi müdaxilənin olacağı halda Suriyanın cavabına gəldikdə isə Əsəd bunun baş verəcəyi təqdirdə müharibənin bütövlükdə bir bölgəni əhatə edəcəyini deyib: “Heç kim bilmir nə baş verəcək. Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək. Xaos və ekstremizm yayılacaq”.