Filippində ağır yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
APA-nın “Assosiated Press”ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti tələbələrdir.
Hadisə ölkənin şərqində, Tanay şəhərciyində baş verib.
Qəzaya səbəb mikroavtobusun əyləc sistemindəki nasazlıq göstərilir. Mikroavtobus dirəyə çırpılıb.