Bank Of Baku

Firidun Abbasi: “AEBA İran xalqının nüvə haqqını qəbul etsə, növbəti müzakirələrdə nəticə əldə edəcəyik”

Firidun Abbasi: “AEBA İran xalqının nüvə haqqını qəbul etsə, növbəti müzakirələrdə nəticə əldə edəcəyik”
# 09 yanvar 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Əgər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İran xalqının nüvə haqqını rəsmən qəbul etsə, onda növbəti müzakirələrdə nəticə əldə edəcəyik”. APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, rəsmi Tehran Nüvə silahlarının yayılmasının qarşısının alınması haqqında Sazişdən (NPT) kənar heç bir təklifi qəbul etməyəcək. F.Abbasi deyib ki, İran nüvə fəaliyyətlərini agentliyin nəzarəti altında davam etdirir: “İranın nüvə fəaliyyətləri universitetlər başda olmaqla elmi və araşdırma mərkəzlərində davam etdirilir. Bir neçə elm adamını terrora məruz qoymaqla işimizə mane ola bilməzlər. Hazırda “Nətənz” nüvə obyektində 5%, “Fordo” nüvə obyektində isə 20% həcmində uran zənginləşdirilir”.

 

Qeyd edək ki, yanvarın 16-da İranla AEBA arasında növbəti müzakirələr keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR