Bank Of Baku

Haşimi Rəfsəncani ABŞ-ı tənqid edib

Haşimi Rəfsəncani ABŞ-ı tənqid edib
# 06 iyul 2013 11:21 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani ABŞ-ı tənqid edib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, H. Rəfsəncani bildirib ki, ABŞ İrana qarşı sanksiyaların sərtləşdirməyi dayandırmalıdır: “Amerikalılar heç bir yolla sanksiyaları sərtləşdirməməli və BMT Təhlükəsizlik Şurasına İrana qarşı qətnamələr qəbul etməsi üçün təzyiq göstərməməlidir”.

 

İranın eks-prezidenti ölkədəki sosial-iqtisadi vəziyyətə də toxunub: “Ötən iki onillikdə xalqda həyat səviyyələrini yaxşılaşdırmaq üçün bir istək yaranmışdı. Ancaq milli valyuta dəyərdən düşdü, ticarət zəiflədi və nəticədə xalqın narahatçılığı artdı. Lakin iyunun 14-də inanılmaz bir hadisə baş verdi və xalq istədiyi şəxsi səs verərək hökumətin başına gətirdi. Mən Həsən Ruhaninin İranın hazırkı problemlərini həll edəcəyinə ümid edirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR