Bank Of Baku

Hələbdə baş verən partlayış nəticəsində 16 nəfər dünyasını dəyişib

Hələbdə baş verən partlayış nəticəsində 16 nəfər dünyasını dəyişib
# 04 fevral 2013 08:30 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində 16 nəfər dünyasını dəyişib. APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, ölənlərin yarıdan çoxu uşaqdır.

 

Bombardman Suriyanın artıq bir neçə aydır hökumət qüvvələri ilə silahlı üsyançıların güclü döyüşlərinin baş verdiyi məhəllələrin birində baş verib.

 

“Əl-Ərəbiyə” telekanalı xəbər verir ki, dünən gündüz saatlarında Suriyanın Dəməşqdə yerləşən Dövlət Xəbər Agentliyində (SANA) partlayış baş verib. Binaya ciddi ziyan dəysə də, insan itkisi olmayıb.

 

BMT-nin hesabatına əsasən, 2011-ci ilin mart ayından bəri Suriyada 60 mindən çox insan həyatını itirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR