Bakı-APA. Rəsmi Tehran Rusiya ilə nüvə sahəsində əməkdaşlığını gələcəkdə də inkişaf etdirəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunları ilə bağlı keçirilən mətbuat konfransında bəyan edib.
“Nüvə sahəsində səmərəli əməkdaşlığımız uzun illərdir ki, davam edir. Biz bu əməkdaşlığı bundan sonrada inkişaf etdirmək niyyətindəyik”, deyə H.Ruhani bildirib.
Onun sözlərinə görə, İran-Rusiya əməkdaşlığı həmçinin energetika, terrorla mübarizə və bir çox digər sahələri də əhatə edəcək.