Bank Of Baku

Hindistanda anomal isti hava qurbanlarının sayı 1700 nəfəri keçib

Hindistanda anomal isti hava qurbanlarının sayı 1700 nəfəri keçib
# 29 may 2015 00:48 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında  qeydə alınıb –1300 nəfər.  Telanqana ştatında isə  440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47  dərəcə isti qeydə alınıb.    

 

Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar.  

 

Qərbi Benqaliya, Bixar, Odişa və paytaxt Nyu Delidə də onlarla insan isti havanın qurbanı olub.  

 

Sinoptiklər isti havanın həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR