Bank Of Baku

Hindistanda anomal isti havadan ölənlərin sayı 2 000 nəfəri keçib

Hindistanda anomal isti havadan ölənlərin sayı 2 000 nəfəri keçib
# 29 may 2015 23:40 (UTC +04:00)

Bakı-APA. Hindistanda son həftə ərzində anomal isti hava nəticəsində ölənlərin sayı 2 000 nəfəri keçib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, havanın hərarətinin yüksək olması səbəbindən Andxra-Pradeş və  Telanqana ştatlarında 1979 nəfər ölüb.

 

Son sutka ərzində adıçəkilən ştatlarda 400 nəfər  ölüb. Bütün ölkə üzrə  2005 nəfər anomal istinin qurbanı olub.   

 

Sinoptiklərin proqnozlarına görə, isti hava şəraiti həftənin sonunadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR