Bank Of Baku

Hindistanda cinsi təcavüzə görə ölüm hökmünün tətbiqi qanuni qüvvəyə minib

Hindistanda cinsi təcavüzə görə ölüm hökmünün tətbiqi qanuni qüvvəyə minib
# 05 fevral 2013 08:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Hindistan prezidenti Pranab Mukerci cinsi təcavüzlə bağlı cəzanın sərtləşdirilməsi və bu sıraya edam cəzasının da daxil edilməsi ilə bağlı qanunu təsdiq edib.

 

APA-nın məlumatına görə, bu dərəcədə sərt tədbir son vaxtlar Hindistanda zorlama faktlarının artması ilə bağlıdır.

 

Bu qanunla əlaqədar ölkənin Cinayət Məcəlləsinə dəyişiklik ediləcək. Qanuna əsasən, cinsi təcavüz ölümlə və ya ciddi fəsadlarla nəticələnərsə, edam cəzasının tətbiq edilməsi nəzərdə tutulur. Həbsxana cəzasının müddəti isə 10 ildən 20 ilə kimi artırılıb. Həmçinin qanuna qadınların təqib edilməsi və onlara münasibətdə digər qanunazidd hallar zamanı azadlıqdan məhrum etmə cəzası daxil edilib.

 

Xatırladaq ki, ötən ilin sonlarında Hindistanda 23 yaşlı tələbə Coti Sinqxin qrup şəklində cinsi təcavüzə məruz qalması və xəstəxanada həyatını itirməsi ölkədə ciddi səs-küyə və çoxsaylı etiraz aksiyalarına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR