Bakı – APA. Hindistanda sərnişin qatarının traktorla toqquşması nəticəsində 10 nəfər ölüb, 33 nəfər yaralanıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə Uttar-Pradeş ştatında baş verib.
Polisin bildirdiyinə görə, qəza baş verən an qatarda çoxlu sayda adam olub. İnsanlar Qanq çayının yaxınlığında keçirilən dini mərasimdən qayıdırlarmış.
Ştat rəhbərliyi ölənlərin ailələrinə 3,1 min dollar, yaralılara isə 780 dollar təzminat ödəniləcəyini bəyan edib.