Bank Of Baku

Hindistanda üçmərtəbəli binanın çökməsi nəticəsində 11 nəfər ölüb

Hindistanda üçmərtəbəli binanın çökməsi nəticəsində 11 nəfər ölüb
# 04 avqust 2015 08:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə bu gecə yerli vaxtla saat 02.00 radələrindəMaxaraştra ştatının Txane şəhərində qeydə alınıb.

 

Dağıntılar arasından 7 nəfəri xilas etmək mümkün olub, bir nəfər isə yaralıdır. Daha bir neçə nəfərin uçqun altında sağ qaldığı ehtimal edilir.

 

Binanın ən azı 50 yaşı var, iki il əvvəl hökumət bu binada yaşamağın təhlükəli olduğunu bildirib.  

 

Bu, Mumbay ərazisində son bir həftə ərzində ikinci belə hadisədir. İyulun 28-də dördmərtəbəli binanın uçması nəticəsində 6 nəfər həlak olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR