Bank Of Baku

İndoneziyada həbsxanadan 200-dən çox məhbus qaçıb

İndoneziyada həbsxanadan 200-dən çox məhbus qaçıb
# 11 iyul 2013 23:54 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Medan şəhərində yerləşən həbsxanadan 200-dən çox məhbus qaçıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qaçan məhbusların müəyyən edilib saxlanılması üçün  əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polisin açıqlamasında artıq 10 nəfərin saxlanıldığı qeyd olunur. Qaçan məhbuslar arasında 12 nəfərin terrorçuluqda şübhəli bilinməsi hüquq-mühafizə orqanların xüsusi narahatçılığa səbəb olub.  

 

Qeyd edək ki, məhbuslar həbsxanada baş vermiş yanğın səbəbindən işıqların sönməsindən istifadə edərək qaçmağa müvəffəq olublar. 400 məhbusa hesablanmış həbsxanada 2000-dək dustaq saxlanıbmış.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR