Bank Of Baku

İran “Bank Melli İran”ın keçmiş icraçı direktoru barəsində beynəlxalq axtarış elan edib

İran “Bank Melli İran”ın keçmiş icraçı direktoru barəsində beynəlxalq axtarış elan edib
# 03 fevral 2013 23:01 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran “Bank Melli İran”ın keçmiş icraçı direktoru Mahmudrza Xavəri barəsində beynəlxalq axtarış elan edib.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

 

Qeyd edək ki, 2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, “Bank Melli İran”dan və daha bir neçə bankdan 2,8 milyard dollara yaxın pul mənimsənilib.

 

2011-ci il sentyabrın 27-də “Bank Melli İran”ın icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR