Bank Of Baku

İran ABŞ-a məxsus iki ədəd “RQ-11” pilotsuz təyyarəsini ələ keçirdiyini açıqlayıb

İran ABŞ-a məxsus iki ədəd “RQ-11” pilotsuz təyyarəsini ələ keçirdiyini açıqlayıb
# 04 yanvar 2013 09:53 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İran ABŞ-a məxsus iki pilotsuz təyyarə ələ keçirib. APA-nın məlumatına görə, bunu İran Hərbi-Dəniz Qüvvələri komandanının müavini, admiral Əmir Rəstgari bildirib. Onun sözlərinə görə, İranın ələ keçirdiyi pilotsuz təyyarələr “RQ-11” modelidir: “Bu təyyarələrdən biri 2011-ci ilin sentyabr ayında, digəri isə həmin ilin noyabr ayında ələ keçirilib. Hazırda təyyarələr hərbi mərkəzlərimizdə araşdırılır və tamamilə deşifrə edilib”.

 

Qeyd edək ki, İran bundan əvvəl ABŞ-a məxsus “RQ-170” və “ScanEagle” pilotsuz təyyarələrini ələ keçirib və ictimaiyyətə nümayiş etdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR