Bank Of Baku

İran AEBA-ya bəzi hərbi obyektlərini təftiş etməyə icazə verib

İran AEBA-ya bəzi hərbi obyektlərini təftiş etməyə icazə verib
# 09 fevral 2013 16:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müffətişlərinə ölkənin bəzi hərbi obyektlərini ziyarət etməsinə icazə verib.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Fransadakı səfiri Əli Ahani Fransa Senatı xarici siyasət komissiyasının üzvlərinin suallarını cavablandırarkən bildirib.

 

Onun sözlərinə görə, həmin hərbi müəssisələrin İranın nüvə obyektlərinə heç bir bağlılığı yoxdur: “Ziyarət AEBA nümayəndə heyətinin bu ilin fevral ayında İrana səfəri çərçivəsində reallaşacaq. Rəsmi Tehran yaxın gələcəkdə Parçin hərbi obyektinin də ziyarət edilməsinə icazə verə bilər”. Ə.Ahani deyib ki, “altılıq” İranın nüvə fəaliyyətinin AEBA daxilində sürdürülməsini qəbul etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR