Bank Of Baku

İran AEBA ekspertlərini “Parçin” hərbi obyektinə buraxmaqdan imtina edib

İran AEBA ekspertlərini “Parçin” hərbi obyektinə buraxmaqdan imtina edib
# 18 yanvar 2013 11:20 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. “Tehranda apardığımız 2 günlük müzakirələrdə İranın “Parçin” hərbi obyektinə daxil olmaq üçün razılıq əldə edə bilmədik”. APA-nın məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin icraçı direktorunun müavini, İranla danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Herman Nakerts açıqlama verib.

 

O bildirib ki, nümayəndə heyəti ilə İran arasında 2 gün davam edən intensiv müzakirələr keçirilib: “Tərəflər arasında fikir ayrılığı qalmaqdadır. Bu səbəbdən İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin həlli üçün çərçivə sazişi ilə bağlı razılıq əldə edilmədi”.

 

Qeyd edək ki, AEBA və İran arasında növbəti görüş fevralın 12-də Tehranda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR