Bakı. Könül Cəfərli - APA. İranın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın ölkənin müdafiə naziri postuna sabiq respublikaçı senator Çak Heygelin namizədliyini irəli sürməsini müsbət qarşılayıb.
APA-nın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst açıqlama verib.
O bildirib ki, Ç.Heygelin Pentaqonun yeni rəhbəri olması İran-ABŞ münasibətlərinə müsbət təsir edə bilər: “Ümid edirik ki, Çak Heygel ABŞ-ın müdafiə naziri vəzifəsinə təsdiq ediləcəyi halda iki ölkə arasında münasibət yaxşılığa doğru dəyişəcək”.
Qeyd edək ki, ABŞ-ın hazırkı müdafiə naziri Leon Panetta 2011-ci ilin iyulundan bu postda çalışır. L.Panetta 2012-ci ilin noyabrında təqaüdə çıxmaq niyyətində olduğunu açıqlayıb.