APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.
O həmçinin bildirib ki, İran Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə həmişə dəstək verib: “Regiondan kənar dövlətlərin hərbi qüvvələrin iştirakı bu strateji bölgədəki təhlükəsizliyinə zərbə vura bilər. Regional ölkələrin sıx əməkdaşlığı Xəzər dənizində təhlükəsizliyin təmin edilməsində vacibdir”.
H. Səyyari əlavə edib ki, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu mütəmadi olaraq təlimlər keçirir: “İyulda Xəzər dənizində təlimlər keçirilib. Bununla İran öz gücünü və ölkəni müdafiə etmə qabiliyyətini nümayiş etdirdi. Bu təlimlər başqa bir məqsəd daşımır”.