Bakı. Real Cəfərli - APA. İran Hindistana nota verib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb İran bayrağı altında üzən gəmiyə Hindistan tərəfindən həbs qoyulmasıdır.
Hindistanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə rəsmi Tehran Dehlidən həbs qoyduğu gəmini azadlığa buraxması istənilib.
Qeyd edək ki, İranın “Dəyanət” gəmisi bir il yarımdır Hindistanın Munderay limanında saxlanılır.