Bank Of Baku

İran Hörmüz boğazında yeni silah və texnikalarını sınaqdan keçirib

İran Hörmüz boğazında yeni silah və texnikalarını sınaqdan keçirib
# 14 yanvar 2013 14:08 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İran Silahlı Qüvvələri Hörmüz boğazında genişmiqyaslı hərbi təlimlərini başa çatdırıb.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, manevrlərdə İran Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri iştirak edib. Təlimlər zamanı İran ən yeni modeldə olan silahlarını və hücum texnikalarını nümayiş etdirib.

 

Manevrin əsas məqsədi hərbi-dəniz hissələrinin hərbi hazırlıq səviyyəsini artırmaq olub. Yaxın zamanlarda daha yeni silah və texnikaların nümayiş etdiriləcəyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR